Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 549 mindən çox artıb.
Qazilər.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.Məlumata əsasən, ötən sutka ərzində 549 946 nəfər yeni koronavirusa yoluxub, 8 768 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 66 422 058, ölənlərin isə 1 532 418 nəfərə çatıb.