Avrozona sammiti Yunanıstanın üzərinə iyulun 9-dək islahatlar proqramının Brüsselə təqdim edilməsi ilə bağlı öhdəlik qoyub. QAZİLER.AZ-ən APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə sammitin 5 bənddən ibarət yekun sənədində bildirilib.
“Birincisi, Avrozona liderləri bütün səylərini avro zonasında maliyyə sabitliyinin təmin olunmasına səfərbər edəcəklərinə dair razılığa gəliblər”, deyə sənəddə bildirilir.“İkincisi, baş nazir Aleksis Tsipras Yunanıstanda keçirilən referendumun nəticələrinə uyğun olaraq, Avropa Sabitləşdirilmə Mexanizmi haqqında müqavilənin çərçivəsində və konkret şərtlərin icrası əsasında (islahatların aparılması – red.) üzərinə yardım proqramı barədə yeni sorğunun təqdim edilməsinə dair öhdəlik götürüb” deyə sənəddə qeyd olunub.
“Üçüncüsü, sammit iştirakçıları təcili olaraq Yunanıstanın öhdəliklərinin (beynəlxalq kreditorlar qarşısında) icrasını və qüvvədə olan Avropa normalarını təmin edə biləcək mümkün razılaşmanın hazırlanması ilə bağlı razılığa gəliblər”, deyə sənəddə bildirilir.
“Dördüncüsü, Afina üzərinə iyulun 9-dək detallı, konkret və əhatəli islahatlar proqramının təqdim edilməsi ilə bağlı öhdəlik götürüb. Bu proqram sonradan Avroqrupun müzakirəsinə çıxarılacaq”, deyə sənəddə bildirilir.
Yekun sənədin 5-ci bəndi Aİ liderlərinin yekun qərarın verilməsi məqsədi ilə iyulun 12-də Brüsseldə təkrar sammit keçirmək qərarına gəldiyini bildirir.