ABŞ ordusunda 40 min hərbçi ixtisara düşəcək

ABŞ ordusunda 40 min hərbçi ixtisara düşəcək backend

Pentaqon yaxın iki il ərzində quru qoşunlarda xidmət çəkən 40 min hərbçini ixtisar etmək niyyətindədir. QAZİLER.AZ-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “USA Today” nəşri məlumat yayıb.

“Quru qoşunların komandanlığı iki il ərzində 40 min hərbçini ixtisar etmək niyyətindədir. İxtisarlar ölkə daxilində və xaricdə yerləşən birləşmələri əhatə edəcək”, deyə məlumatda bildirilir.
Diaspora