PKK lideri Cəmil Bayık Türkiyə Silahlı Qüvvələrini keçirdiyi son əməliyyatlardan sonra çətin duruma düşdüklərini bildirib.
Axar.az xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.Bildirilib ki, C.Bayık Qəndil bölgəsində çıxılmaz bir yerə sıxılıb qaldıqlarını etiraf edib.
"PKK öz gücünü ciddi şəkildə itirib və tükənmə, yoxolma prosesinə başlayıb. Bunu Cəmil Bayıkın ilk dəfə bu şəkildə etiraf etməsinə baxaraq anlamaq mümkündür", - qəzet qeyd edib.