Tunis İŞİD-də qarşı sədd çəkir

Tunis İŞİD-də qarşı sədd çəkir backend

Tunis hakimiyyəti Sus şəhərində terror aktı törədildikdən sonra Liviya ilə sərhəddə səddin ucaldılmasına dair qərar verib. QAZİLER.AZ -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Həbib Əssid bildirib.

“Biz Liviya ilə sərhəd boyu sədd tikməyə və xəndək qazmağa artıq başlamışıq. Uzunluğu 168 km olacaq səddin tikintisi 2015-ci ilin sonunda yekunlaşacaq”, deyə baş nazir bildirib.

O səddin İŞİD terrorçularının Liviyadan ölkəyə keçməsinin qarşısının alınmasında yardımçı olacağına ümidvar olduğunu bildirib.
Diaspora