ABŞ İŞİD-in Əfqanıstandakı ikinci adamı Qul Zamanı öldürüb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, pilotsuz uçan aparatla məhv edilib.
Q.Zaman ABŞ-ın Əfqanıstanın Nangarhar şəhərinin Açin rayonunda keçirdiyi xüsusi əməliyyat zamanı hava zərbələri nəticəsində öldürülüb.
Pilotsuz uçan aparatdan endirilən zərbələr İŞİD-in 6 silahlısını da məhv edib.