Ermənistanda yanacağın qiyməti bahalaşıb

Ermənistanda yanacağın qiyməti bahalaşıb backend

Ermənistanda benzinin qiyməti bahalaşıb.

“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, dekabrın 2-dən Ermənistanın bütün yanacaqdoldurma məntəqlərində benzin 350 drama (1,25 AZN) satılır.

“Benzini Qazaxıstandan idxal edəndə elə bilirdik ki, qiymət əhəmiyyətli dərəcədə düşəcək, ancaq biz əksini görürük. Bu istiqamətdə heç bir irəliləyiş yoxdur”, - məqalədə vurğulanıb.

Qəzetin əməkdaşı məsələyə ölkənin İqtisadi Rəqabət üzrə Dövlət Komissiyasının münasibətini öyrənib.

“Araşdırma aparırıq, nəticəsini bildirərik”, - Dövlət Komissiyasından bildirilib.

Qeyd edək ki, Ermənistanda başqa yanacaq növlərinin də qiyməti bahalaşıb.