Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub.
APA-nın xəbərinə görə, bu barədə “Mediaport” saytı məlumat yayıb.Bildirilib ki, səfərin ləğv olunmasının səbəbi N. Paşinyanın Rusiya rəhbərliyi ilə yüksək səviyyəli görüş imkanı əldə edə bilməməsi ilə bağlıdır.
“Ermənistanın Paşinyan-Putin ikitərəfli görüşünü təşkil etmək cəhdləri uğursuz olub və Baş nazirin protokol rəhbəri İrəvana geri çağrılıb”, - qeyd olunub.