Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 62 milyonu keçib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxanların sayı 62 010 805 nəfərə çatıb.Məlumata əsasən, virusdan ölənlərin sayı 1 449 385, xəstəlikdən sağalanların sayı isə 42 803 910 nəfərdir.