İran nüvə proqramının yekun razılaşmasının əsas mətni üzrə razılığa gəliblər. QAZİLER.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Ria Novosti agentliyi xəbər yayıb. Razılaşmadan əlavə İran və “altılıq” sənədə olan 5 əlavədən 4 - ilə razılaşıb. Təhlükəsizlik Şurasının yeni qətnaməsinə əlavələr də müzakirə mövzusudur.
İran nüvə proqramının yekun razılaşmasının əsas mətni üzrə razılığa gəliblər.Bu barədə Ria Novosti agentliyi xəbər yayıb.
Razılaşmadan əlavə İran və “altılıq” sənədə olan 5 əlavədən 4 - ilə razılaşıb. Təhlükəsizlik Şurasının yeni qətnaməsinə əlavələr də müzakirə mövzusudur.
Vyanada İran və “altılıq” arasında danışıqlar bu gün davam edəcək
Danışıqlarda razılığın əldə olunması, tarixi önəm daşıyır. Belə ki, İran uranın müəyyən konsentratdan yuxarı zənginləşdirməsindən əl çəkdiyi və öhdəlikləri yerinə yetirdiyi təqdirdə, ölkəyə qarşı BMT TŞ -nin qüvvədə olan sanksiyalar qətnaməsi yenisi ilə əvəz olunacaq. Yeni qəbul edilən qətnamədə mütəmadi olaraq İrana qarşı məhdudlaşdırıcı siyasətin aradan qaldırılması və sanksiyaların qaldırılması yer alacaq. Bu İran iqtisadiyyatına milyardlarla dollar axın deməkdir.
İran və “altılıq” ölkələrin XİN rəhbərləri
Lakin danışıqlarda iştrak edən ölkələrdəki, mənbələrin bildirdiyinə görə İran öhdəlikləri etdiyi təqdirdə tərəflər BMT TŞ-nin məhz hansı yolla yeni qətnaməni qəbul edəcəklərini bilmirlər. Bu isə müzakirələrin uzanmasına səbəb olur. Belə ki, BMT TŞ-də prosedura məsələlərinə dair qərarlar 5 daimi üzvdən əlavə (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) daha 4 qeyri daimi üzvün səs verdiyi təqdirdə qəbul olunmuş sayılır.