Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib.
Qazilər.az xəbər verir ki, bu barədə “TN” telekanalı məlumat yayıb.Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.
Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.
Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.
Report.az






