Rəsmi Pekin: Uyğurlar vəziyyətdən məmnundurlar

Rəsmi Pekin: Uyğurlar vəziyyətdən məmnundurlar backend

Çin Xalq Respublikasının xarici işlər naziri ölkənin qərbindəki Uyğur muxtariyyətində hər hansı bir etnik problem olmadığını deyib. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Çinin Xarici İşlər Nazirliyinin məruzəçisi Hua Çunyinq “Reuters”ə açıqlamasında deyib. Sözçü uyğurların dinc, əmin-amanlıq şəraitində vəziyyətlərindən məmnun yaşadıqlarını deyib.

“Uyğurlar dinc, əmin-amanlıq içində vəziyyətlərindən razı yaşayır və işləyirlər. Konstitusion qanunlar çərçivəsində dini azadlıqlarından da istifadə edirlər. Yəni mətbu orqanlarda yazıldığı kimi Sincanda hər hansı bir etnik problem yoxdur”.



Xatırladaq ki, son günlər bir çox ölkələrin, xüsusilə də Türkiyə mətbuatında Çində uyğur türklərinin yaşadığı Sincan bölgəsində etnik soyqırımına məruz qalmaları, habelə onların oruc tutmasının və ibadət etmələrinin yasaqlanması barədə xəbərlər yayılmışdı. Türkiyənin bir çox şəhərlərində isə Çinə qarşı etiraz aksiyaları keçirilmiş və Çin mallarının boykot olunması istiqamətində çağırışlar olmuşdu.

Diaspora