Türkiyədə 13 min insan pandemiyanın qurbanı oldu

Türkiyədə 13 min insan pandemiyanın qurbanı oldu backend

Türkiyədə gün ərzində daha 174 nəfər koronavirusdan dünyasını dəyişib.

Qazilər.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bununla da qardaş ölkədə bu vaxta qədər COVİD-19 virusundan ölənlərin ümumi sayı 13 min 14 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək Türkiyədə 474 min 606 nəfər koronavirusa yoluxub.