Almaniyada Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə aksiya keçirilib

Almaniyada Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə aksiya keçirilib backend

Aksiya iştirakçıları təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər.

Qaziler.az bildirir ki, soydaşlarımız bu sevinci onlara yaşatdıqlarına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə ediblər. Aksiyada hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyəyə də təşəkkür edilib.

Tədbirdə “Qarabağ bizimdir, bizim olacaq”, “Yaşasın Azərbaycan!”, “Yaşasın Ali Baş Komandanımız!”, “Yaşasın rəşadətli ordumuz!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.