Obama: “Qoşun göndərməyəcəyik”

Obama: “Qoşun göndərməyəcəyik” backend

ABŞ İŞİD-ə qarşı mübarizə aparmaq üçün xaricə quru qoşunları göndərməyəcək.

QAZİLER.AZ-ın APA-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

Onun sözlərinə görə, İŞİD-ə qarşı mübarizə qısamüddətli olmayacaq. “İŞİD-in məhv edilməsi müəyyən vaxt tələb edir”, deyə B.Obama bildirib.

Onun sözlərinə görə, terrorçulara qalib gəlmək üçün, ilk növbədə, yerli güc strukturlarının möhkəmləndirməsi vacibdir.

Qeyd edək ki, ABŞ prezidenti Pentaqonda İŞİD-lə mübarizə ilə bağlı müşavirə keçirib.
Diaspora