Argentinada Maradonaya görə matəm elan olundu

Argentinada Maradonaya görə matəm elan olundu backend

Argentina hökuməti Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Qazilər.az bildirir ki, bu barədə ölkənin prezident administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Argentina prezidenti Maradonanın ölümü ilə bağlı bu gündən başlayan üç günlük matəm elan edib.

Qeyd edək ki, Maradona 11 noyabrda xəstəxanadan evə yazılmışdı. O, subdural hematomadan əməliyyat olunmuşdu.