Nigeriyanın sayca ikinci ən iri Kano şəhərində güclü partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, terror aktı şəhərin baş məscidi yaxınlığında törədilib.
Ölən və yaralananların sayı, partlayışın baş vermə səbəbləri barədə məlumat verilmir.
İnsidentə görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməsə də, partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.
Qeyd edək ki, ötən gün Cos şəhərində törədilən iki partlayış nəticəsində 50 nəfər həyatını itirmişdi. Son 1 həftə ərzində isə Nigeriyada 300-dən çox dinc sakin “Boko Haram”ın törətdiyi terror aktlarının qurbanı olub.