İcazəsiz etiraz aksiyasının 30-a yaxın iştirakçısı Yerevanın mərkəzindəki Azadlıq meydanında gecələyib. Bu barədə QAZİLER.AZ RIA Novosti-yə istinadən xəbər verir.
Ovi adlı fəal etiraz əlaməti olaraq ağzını sapla tikib. O, yemək yeyə və danışa bilmir, ancaq su içə bilir: “Özümü normal hiss edirəm, çox ağrımıram”.Etiraz liderlərindən biri David Sanarsaryan da aclıq aksiyasını davam etdirir. Ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan zaman başından zədə alan D.Sanarsaryan xəstəxanaya yerləşdirilib. Axşam fəal yenidən etirazçılara qoşularaq gecəni Azadlıq meydanında keçirib.