Suriyanın Hələb şəhərində hərbi blok-postda terrorçu-kamikadze özünü partladıb.
QAZİLER.AZ saytının APA-a istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində azı 25 nəfər ölüb.
Məlumata əsasən, partlayıcı qurğunu “Cəbhə ən Nüsrə” qruplaşmasının üzvü işə salıb.
Qeyd edək ki, paytaxt Dəməşqdən 360 km şimalda yerləşən Hələb iki hissəyə parçalanıb. Şəhərin qərb hissəsi Suriya ordusu, şərq hissəsi isə iyirmiyə yaxın silahlı qrupun nəzarəti altındadır.