Ermənistan ombudsmanı Karen Andreasyan iyunun 23-də Baqramyan prospektində polisin nümayişçilərə qarşı zorakılığı ilə bağlı bəyanatla çıxış edib.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bəyanatda iyunun 23-də baş vermiş hadisələrlə əlaqədar polisin izahat verməsi tələb edilir.
Ombudsman iyulun 3-də əldə edilmiş izahatlarla yayımlanmış videomateriallar və qeydə alınmış faktları müqayisə edərək belə qərara gəlib ki, polis nümayişçilərə qarşı qəddar davranıb.