Putin iclas zamanı öskürək krizisinə girdi

Putin iclas zamanı öskürək krizisinə girdi backend

Rusiya prezidenti Vladimir Putin onlayn iclas keçirərkən davamlı öskürməyə başlayıb. Putinin öskürəyini kəsə bilməməsi ölkəsində təlaşa səbəb olub.

Qazilər.az xəbər verir ki, Putini öskürək onlayn iclasda Maliyyə naziri Anton Siluanov və digər məmurlarla danışarkən tutub.

68 yaşlı Putin pandemiyanın səbəb olduğu iqtisadi problemləri qeyd edərkən cümləsini bitirməkdə çətinlik çəkib. Putinin bu görüntüləri ağıllarda “koronavirusamı yaxalandı” sualını yaradıb.

Lakin Kremldən məsələylə bağlı verilən açıqlamada Putinin səhhətində heç bir problem olmadığı və virusa yoluxmadığı bildirilib.



Qazilər.az