Roma papası Fransiskin Filippinə səfəri zamanı "Cemah İslamiyyə" qruplaşmasının ekstremistləri ona qarşı sui-qəsd törətməyi planlaşdırıblar. Trend xəbər verir ki, bu barədə İnterfaks agentliyi İtaliyanın “Corriere della Sera” qəzetinə istinadən məlumat yayıb.
Filippin polisinin məlumatına görə, “Əl-Qaidə” ilə bağlı olan terrorçular yanvarın 18-də Manilada bomba partlatmağa hazırlaşırmışlar. Ehtimallara görə, partlayıcı qurğu Papanin kartejinin keçəcəyi şəhərin mərkəzi küçələrindən birində partlamalı idi.Polis ekstremistlərin hansı səbəbdən öz əməllərini həyata keçirə bilmədiklərini dəqiqləşdirmir.