Yerevanda etiraz aksiyasının dağıdılması zamanı 40-50 fəal həbs edilib. QAZİLER.AZ-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu etirazçılardan biri Maksim Sarqsyan deyib.
O, ən azı 40-50 nəfərin saxlanıldığını, ancaq onların sayları barədə dəqiq məlumatı olmadığını qeyd edib: “İndi onların hara aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyətimizlə bağlı qərar verəcəyik”.Hazırda Baqramyan prospektində hərəkət bərpa olunub, səkilər əvvəlki kimi polis əməkdaşlarının nəzarəti altındadır.