Solovyovun ermənipərəstliyi rus deputatı əsəbiləşdirdi: Azərbaycan və Türkiyə barəsində...

Solovyovun ermənipərəstliyi rus deputatı əsəbiləşdirdi: Azərbaycan və Türkiyə barəsində... backend

Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə qiymət verilməsini xahiş edib.

“Rosbalt”-ın məlumatına görə, deputat bildirib ki, V.Solovyov münaqişə müddətində tez-tez təxribatçı açıqlamalarla çıxış edib.

Qeyd olunub ki, V.Solovyov obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləyib:

“Solovyov və onun dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyə barəsində xoşagəlməz çıxışlar edərək açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”.