Hakerlər Çinin və NATO-nun saytlarını dağıdıblar

Hakerlər Çinin və NATO-nun saytlarını dağıdıblar backend

Çində uyğurlara qarşı zülmə etiraz edən türkiyəli hakerlər bu ölkənin bir sıra nazirliklərinin saytları da daxil olmaqla, 400 saytı dağıdıblar.


QAZILER.AZ xəbər verir ki, İKT.lent-az-ın “haberler.com”a istinadən verdiyi xəbərə görə, “Türk Hack Team” adlı haker qrupu Çin Silahlı Qüvvələrinin, Xarici İşlər, Ədliyyə, Sosial Təminat nazirliklərinin, eləcə də NATO-nun, uyğurlara qarşı təzyiqlərə reaksiya verməyən beynəlxalq insan haqları təşkilatlarının saytlarına kiber hücum təşkil edib. Onlar həmin saytların girişinə göy rəngli türk bayrağı yerləşdirərək “Zalımı alqışlayan dünya utansın. Zəfər çox yaxındadır, biz görürük. #DoğuTürkistanYalnızDeğil #ÖzgürDoğuTürkistan” yazıblar.

“Türk Hack Team”in ZoRRoKin nikli rəhbəri bildirib ki, Türkiyə uyğurlara qarşı təzyiqlərin dayandırılması üçün diplomatik addımlar atmalı və bütün dünyanın diqqəti Çindəki uyğur bölgəsində baş verənlərə cəlb olunmalıdır.
Diaspora