Finlandiya gənclərinin 50 faizində internet-asılılıq yaranıb

Finlandiya gənclərinin 50 faizində internet-asılılıq yaranıb backend

Finlandiyanın yarıdan çox gənc vətəndaşı sosial şəbəkələrdən və internetdən asılıdır.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən xəbərinə görə, bu məlumatı Finlandiyalı sosioloqlar dərc edib.

Onların məlumatına görə, internet asılılıq o zaman təhlükəli sayılır ki, sosial şəbəkələrdə keçirilən vaxt şəxsi həyatı da əhatə edir.

Sosioloqlar iddia edir ki, sosial şəbəkələrin müasir insanın gündəlik həyat tərzinə çevrilməsinə baxmayaraq, internet ünsiyyəti dəstəkləmək üçün sutkada 40-60 dəqiqə kifayət edir. Bu halda əgər insan gününün 4-6 saatdan artıq vaxtını sosial şəbəkələrdə keçirirsə, ona artıq internet asılılığının yaranması diaqnozu qoymaq olar.
Diaspora