Ermənistanda müharibə veteranları etiraza qalxdı

Ermənistanda müharibə veteranları etiraza qalxdı backend

Ermənistanda Qarabağ müharibəsi veteranları "Sisakan" könüllü dəstəsinin komandiri Aşot Minasyanın müdafiəsinə qalxıblar.

Azvision.az xəbər verir ki, məhkəmə binası qarşısında toplaşan erməni veteranlar "Nikol xaindir" və "Tribunal" şüarları səsləndiriblər.

Onlar ağır məğlubiyyətə görə baş nazir Nikol Paşinyanın məsuliyyət daşıdığını və cavab verməli olduğunu bildiriblər.

Qeyd edək ki, Qarabağ döyüşlərinin iştirakçısı, "Sisakan" könüllü dəstəsinin komandiri Aşot Minasyan həbs edilib. O, Ermənistan baş nazirinə sui-qəsd hazırlığında və hakimiyyəti ələ keçirməkdə şübhəli bilinir.