Çinin Tszyan şəhərində Cənubi Koreyadan olan 26 nəfər dövlət qulluqçusunu aparan avtobus körpüdən aşıb.
QAZİLER.AZ saytı AzNews.az-a istinadən xəbər verir ki, sürücü də daxil olmaqla 11 nəfər həlak olub.Çin hökuməti hadisənin səbəblərini araşdırır.
Qeyd edək ki, Cənubi Koreya məmurlarının Çinə tədris məqsədilə gəldikləri bildirilir.