Dünyada koronavirusa yoluxanların STATISTIKASI

Dünyada koronavirusa yoluxanların STATISTIKASI backend

Dünyada koronavirusa yoluxanların sayı 53 milyon nəfəri ötüb.

Qazilər.az bildirir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 53 089 514 nəfərə çatıb. Onlardan 1 312 170 nəfəri ölüb, 34 278 413 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (10 607 221), Hindistanda (8 728 795) və Braziliyada (5 781 582) qeydə alınıb.