Erməni şahmatçı Lilit Mkrtçyan ölkəsinin düşdüyü hazırkı durumla bağlı çox çətin vəziyyətdə olduqlarını bildirib və hakimiyyəti günahlandırıb.
Bizim Media xəbər verir ki, şahmatçı onların ünvanına ağır sözlər işlədib:Birincisi, bu vəziyyətə düşməməli idik. Danışıqlarda 5 + 2 variantının masada olduğunu bildiyiniz zaman bir qarış torpaq verməyəcəyinizi söylədiniz.
Üstəlik, sonradan xoş səslənən fikir - "yeni müharibə, yeni ərazilər" düsturu açıqlandı.
O zaman ordunun müharibəyə hazır olmadığını bilmirdik?
Yeni əraziləri necə işğal edəcəkdik?
Belə bir məqamda böyük səhvlərə yol verən Nikol Paşinyanın ləyaqəti olsaydı, baş verənlərdən sonra nəinki istefa verərdi, həm də intihar edərdi".