Türkiyədə Çinin Sintsyan-Uyğur Muxtar Rayonunda müsəlmanlara qarşı törədilən zorakılıqlarla əlaqədar etiraz yürüşləri səngimək bilmir. İstanbul şəhərində fəallar aksiyaların növbəti günündə Çinin bu ölkədəki konsulluğu qarşısında toplaşıblar. Bir qrup etirazçı Çinin bayrağını yandıraraq uyğur türklərinə qarşı edilən təzyiqlərə qəzəblərini bildiriblər. Aksiyada, eyni zamanda, uyğur türkləri də iştirak ediblər.
“Namaz qılmağa imkan yoxdur. Dini təlimlər ala bilmirik. İkidən artıq övlada sahib olmağa imkan vermirlər. Oruc tutmaq qadağandır. Dövlət məmurlarının oruc tutması isə, tamamilə mümkünsüzdür.” - deyə Uyğur əsilli etirazçı Həmid Can Nur bildirib.Son dövrlərdə Çin hökuməti uyğur türklərinə qarşı təzyiqləri daha da artıb. Ramazan ayında uyğur türklərinin oruc tutması qadağan edilib.
Fəallar Çin hökumətini müsəlmanlara qarşı haqsız təzyiqlərə son qoymağa çağırıblar. Aksiya iştirakçıları, Çin məhsullarının ölkədə boykot edilməsini, bu ölkəyə qarşı sərt qadağalar tədbiq olunmasını da tələb ediblər.