Türkmənistanda Berdıməhəmmədovun itinə heykəl qoydular - FOTO

Türkmənistanda Berdıməhəmmədovun itinə heykəl qoydular - FOTO backend

Dünyanın ən qapalı ölkələrindan sayılan Türkmənistanda prezidentin sürrealist təxəyyülü sərhəd tanımır.

Qurbanqulu Berdıməhəmmədov yenə çoxlarını təəccübləndirməyi bacarıb.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Türkmənistanda dövlət başçısının itinə heykəl qoyublar.

Alabay üçün paytaxt Aşqabadın mərkəzi meydanında 6 metr hündürlüyündə abidə ucaldılıb. Heykəlin açılışında Berdıməhəmmədov da iştirak edib. Mərasim bayram ovqatında baş tutub. Müğənnilər mahnı oxuyub, televiziya reportaj hazırlayıb.

Berdıməhəmmədov bir müddət əvvəl məhz Alabaya kitab həsr etmişdi. Türkmənistanın Mədəniyyət Nazirliyi UNESCO-ya bu it üçün maddi olmayan irs təklifi hazırlayır.

Berdıməhəmmədovun 63 yaşı var. O, 2007-ci il fevralın 14-dən Türkmənistana başçılıq edir.
Diaspora