Ukrayna ordusunun əsgərləri Luqansk ətrafında hərbi əməliyyat zamanı QAZİLER.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, prezident administrasiyasının hərbi əməliyyatlar üzrə sözçüsü Aleksandr Motuzyanik jurnalistlərə açıqlamasında bildirib ki, partlayış ötən gün Luqansk regionun Donetski kəndində baş verib. Region cəbhə bölgəsində yerləşir. Ukrayna paytaxtı Kiyevdə danışan sözçünün fikirləri Rusiya xəbər agentlikləri də yayıb.
Fevral ayında beynəlxalq ictimaiyyərin sponsorluğu ilə əldə olunan atəşkəs razılığına baxmayaraq Ukraynanın cəbhə xəttində vaxtaşırı döyüşlər davam edir və tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir. Təkcə dünən bölgədə yerləşən ATƏT nümayəndələri 300-dən çox partlayış baş verdiyini deyiblər. Bu hər iki tərəfin bir-birinə atdığı artileriya mərmilərinin partlayışıdır.ATƏT nümayəndələri neytral bölgədə
BMT-nin hesablamalarına görə, Ukraynada müharibə 2014-cü ilin aprelində başlayandan indiyədək 6 min 500 nəfərin həyatına son qoyub.