Azərbaycan Ordusunun üstünlüyü ilk günlərdən bəlli idi.
AZƏRTAC xəbər verir ki, bu fikir Fransanın “L’Opinion” qəzetində dərc olunmuş “Dağlıq Qarabağ: müharibənin hərbi dərsləri” adlı məqalədə qeyd edilib.Məqalədə Azərbaycan Ordusunun hərbi əməliyyatları müvəffəqiyyətlə həyata keçirdiyi vurğulanır. Azərbaycan əhalisinin sayının Ermənistan əhalisinin sayından qat-qat çox olmasının da əhəmiyyəti özünü göstərdi. Vurğulanır ki, erməni tərəfi 44 günlük müharibədə heç bir əməliyyat təşəbbüsü göstərə bilmədi.

