"Paşinyan ancaq bütün erməni xalqını həbs edərək hakimiyyətdə qala bilər" - Sağatyan

"Paşinyan ancaq bütün erməni xalqını həbs edərək hakimiyyətdə qala bilər" - Sağatyan backend

"Nikol Paşinyanın hakimiyyətdə qala bilməsi üçün bütün erməni xalqını həbs etdirməkdən başqa yolu yoxdur".

HİT.az aysor.am-a istinadən xəbər verir ki, bu sözləri Daşnaksütyun partiyasının rəsmisi İşxan Sağatyan deyib.

"Paşinyanın iqtidarda qalma haqqı yoxdur, elə bu gün ayrılmalıdır", - deyə o bildirib.

Sağatyan Paşinyanın təlimatı əsasında müxalifət partiyası liderlərindən Qagik Tsarukyanın həbs olunduğunu, 20-yə yaxın partiya sədrinin və bir neçə millət vəkilinin də tutulması barədə qərar verildiyini xatırladıb.