Babayan “adından” imtina etdi, “vəzifəsi”ndən istefa verdi

Babayan “adından” imtina etdi, “vəzifəsi”ndən istefa verdi backend

Dağlıq Qarabağ “müdafiə ordusu”nun keçmiş “baş komandan”ı Samvel Babayan “artsaxın qəhrəmanı” geydirmə adından imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Samvel Babayanın bəyanatında qeyd edilib.

“Qarabağ erməni dövlətçiliyinin mərkəzidir, ermənilərin simvoludur. Buna görə bu torpaq uğrunda minlərlə insanın həyatını qurban verdik. Lakin bu sazişlə erməni liderləri erməniliyin mövcudluğunu şübhə altına saldılar. Bu cinayət əməllərinə etiraz olaraq bildirirəm ki, “artsax qəhrəmanı” titulundan imtina edirəm, “dqr”in “təhlükəsizlik şurası”nın rəhbəri səlahiyyətlərimə xitam verirəm”, - Babayan bildirib.

Qeyd edək ki, artıq “dqr” hətta dırnaq arasında belə mövcud deyil. Ona görə də S.Babayanın olmayan bir qurumdan istefa verməsi də, olmayan bir məfhumun “qəhrəman”lığından imtinası da saxtakarlıqdan başqa bir şey deyil.