Dünyada koronavirusa yoluxanların sayı 50 052 204 nəfərə çatıb.
Qazilər.az xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.Məlumata əsasən, ümumilikdə koronavirusun yaratdığı xəstəlikdən 1 252 471 nəfəri ölüb, 32 868 236 nəfəri isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (9 879 323), Hindistanda (8 507 754) və Braziliyada (5 653 561) qeydə alınıb.