Yunanıstanın banklarında cəmi 1 milyard avro qalıb

Yunanıstanın banklarında cəmi 1 milyard avro qalıb backend

Yunanıstan banklarında vəsaitlərin həcmi cəmi bir milyard avro təşkil edir. Musavat.com xəbər verir ki, bu barədə “Reuters” Yunan Banklar Assosiasiyasının sədri Lua Katseliyə istinadən məlumat yayıb. “Bizim hazırkı likvidlik yastığımız 1 milyard avrodur” – deyib o.

Az öncə Avropa Mərkəz Bankı (AMB) Afinaya 6 milyard avroluq maliyyə köməyi proqramını davam etdirməkdən imtina etmişdi. Bununla belə, AMB iyulun 5-dək – ölkənin avrozonada qalıb-qalmaması ilə bağlı referendumadək bank likvidliyinə dəstək proqramını uzatmağa razılıq verib.

Avropa Maliyyə Stabilliyi Fondu bəyan edib ki, Yunanıstan kreditlərlə bağlı ödəmə qabiliyyətinə malik deyil. Bununla belə, Fondda qərar gəliblər ki, Yunanıstandan kreditlərin təcili qaytarılması tələb olunmasın, çünki bu, Yunanıstanın avrozonadan çıxmasına gətirə bilər.
Diaspora