İtalyanın Lampedusa adası sahillərində 105 nəfəri daşıyan qaçaq gəmidə 25 nəfər ölüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin şəxslərin soyuq hava şəraiti səbəbindən öldüyü məlum olub.
İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən gəmidə olan digər şəxslər xilas edilib. Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, Romadakı Sahil Mühafizə Komandanlığına peyk rabitəsi vasitəsilə kömək istənilib. Bundan sonra xilasetmə əməliyyatlarına başlanılıb.Gəmidə faciə: 25 nəfər soyuqdan öldü

