Ermənistanda məhbuslardan ibarət könüllü dəstələrin Dağlıq Qarabağa döyüşlərə göndərilməsi məsələsi nəzərdən keçirilir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin ədliyyə naziri Rüstəm Badasyan deyib.O bildirib ki, məhbusların cəbhəyə yollanması üçün onların barəsində verilən həbs qərarlarını dəyişmək lazımdır. Nazir əlavə edib ki, bu məsələni ölkənin Baş prokurorluğu həll edir və hazırda bu proses gedir.