Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili koronavirusa yoluxub.
Qazilər.az “Report”a istinadla xəbər verir ki, o, bu barədə “Pirveli” telekanalına müsahibəsində bildirib.O, xəstəliyi yüngül formada keçirdiyini və artıq sağaldığını deyib: “Bir neçə həftə bundan əvvəl bu xəstəliyi keçirmişəm. Biz tövsiyələrə əməl etməliyik, lakin qorxmamalıyıq”.