Ərdoğan nazirləri toplayır: Qarabağ müzakirəsi...

Ərdoğan nazirləri toplayır: Qarabağ müzakirəsi... backend

Bu gün Türkiyə Prezident Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyində növbəti dəfə toplanacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, iclasda Ermənistan-Azərbaycan cəbhə xəttindəki son vəziyyət və Şərqi Aralıqdakı proseslər müzakirə ediləcək.

Bundan başqa, İzmirdə baş verən zəlzələnin nəticələri və sonrakı proseslər haqqında fikir mübadiləsi aparılacaq.