Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 102-yə çatdı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 102-yə çatdı backend

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 102-yə, yaralananların sayı isə 994-ə yüksəlib.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, 994 yaralıdan 147-nin müalicəsi müxtəlif xəstəxanalarda davam edir.

Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.