Paşinyan İsrailə böhtanlar yağdırdı

Paşinyan İsrailə böhtanlar yağdırdı backend

İşğalçı və terrorçu Ermənistanın baş naziri Nikol Paşinyan və İsrailin Qarabağdakı silahlı qarşıdurmada Azərbaycana dəstək olaraq Türkiyə ilə, “terrorçular və Suriyalı muzdlularla birləşdiyini” bildirib.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, təcavüzkar ölkənin üzdəniraq lideri bu barədə “The Jerusalem Post” qəzetinə müsahibəsində danışıb.


Paşinyan hıyasızcasına deyir ki, Azərbaycan “Dağlıq Qarabağda ermənilərə qarşı soyqırım həyata keçirmək” niyyətindədir.

İsrailin bu münaqişədəki rolundan danışan Paşinyan vurğulayıb: "İsrailin PUA-ları müharibədə aktiv şəkildə istifadə olunur." "Düşünürəm ki, İsrail aşağıdakıları düşünməlidir: muzdlular, İslami terrorçular və İsrail hazırda eyni tərəfdədirlər. Buna görə İsrail düşünməlidir, bu onun üçün həqiqətən əlverişli bir vəziyyətdirmi?" – deyə qəsbkar ölkənin başını itirmiş hökumət başçısı böhtan dolu fikirlərini ifadə edib.