Türkiyə hökumətinin İŞİD terrorçu qruplaşmasının təhlükəsi altında olan bölgə üçün tədbir alınmasını istəməsindən sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçib. ANS PRESS-in məlumatına görə, ölkənin Qaziantep və Kahramanmaraş şəhərlərindən göndərilən çox sayda tank, havadan müdafiə sistemləri, zirehli texnikalar və hərbi birləşmələr Suriya sərhədinə cəmlənib. Bundan başqa Türkiyə SQ Diyarbəkir vilayətinə 20 ədəd döyüş təyyarəsi göndərib. Bütün döyüş təyyarələrinə, tanklara, əsgərlərə qarşı tərəfdə hərəkət edən istənilən hədəfi vurmaq əmri verilib.
Fırıtına Haubitsaları da sərhəddəTürkiyənin Suriya ilə sərhədində yerləşən Kilis vilayətində sərhəd xəttində 40 kilometr uzaqlıqda hədəfi dəqiqliklə vura bilən Fırtına haubitsaları yerləşdirilib. Bundan əlavə bir neçə qrup halında olan əsgərlər zerhli maşınlarla sərhəd boyu hərəkət edir.
Amasya, Balıkesir və Əskişəhərlərdə olan hərbi hava bazalarından Diyarbəkir vilayətinə 20 ədəd F-16 qırıcıları göndərilib. Bu qırıcılar Suriya və İraq sərhədlərində dayanmadan kəşfiyyat uçuşları həyata keçirirlər.
İstənilən hədəfi vurun
Türkiyə-Suriya sərhədində son günlər yaşanan gərginlik səbəbindən hərbi bazalarda atəş açmaq əmri ilə bağlı bütün qadağalar ləğv edilib. Türkiyə Milli Müdafiə Nazirliyndən bildirilib ki, İraq və Suriya sərhədi boyunca kəşfiyyat uçuşları həyata keçirən F-16 qırıcılarının çəkdiyi fotolar Ankarada Hava Qüvvələri Komandanlığında anbaan izlənilir. Qırıcılardan başqa Pilotsuz Uçan Aparatlar da Suriya və İraq sərhədlərində kəşfiyyat uçuşları həyata keçirirlər. Milli Müdafiə Nazirliyi bəyan edib ki, istər Suriya, istərsə də İraq sərhədində növbə çəkən əsgərlərə, uçan qırıcılara Türkiyə sərhədinə tərəf irəliləyən istənilən hədəfi dərhal məhv etmək əmri verilib.
Mənbə: ANSPRESS.COM