İŞİD terror qruplaşmasının növbəti vəhşiliyi dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Qruplaşmanın öz sosial şəbəkəsində yaydığı fotolarda İŞİD döyüşçülərinin Suriyanın Palmira şəhərində qədim heykəlləri necə yerlə-yeksan etdiyini, sındırıldığını görmək mümkündür. Həmin heykəllərin fotoları Palmiranın antik hissəsindəki xarabalıqlardan götürülüb.
YUNESKO İŞİD-in Suriya və İraqda dağıtdığı mədəni irs nümunələrinin ingiltərəli kolleksionerlərin əlinə keçməyə başladığını açıqlayıb.YUNESKO-nun sədri İrina Bokova deyib ki, İŞİD-in terror fəaliyyətini maliyyələşdirmək üçün bu nümunələri gizli olaraq satır.
Suriyada Hələb şəhərinin qədim hissəsinin 60 faizi döyüşlər zamanı məhv olub. İraqdakı 10 min arxeoloji sahənin 20 faizi də İŞİD-in nəzarətindədir. İŞİD Suriyanın qədim Palmira şəhərini isə may ayında ələ keçirib. YUNESKO İŞİD-in Dünya Mədəni İrs Siyahısında olan bu antik şəhərciyi tamamilə məhv edəcəyindən narahatdır.
İŞİD üzvləri abidələrin dağıdılmasını Məhəmməd peyğəmbərin (s) sitatı ilə əlaqələndirirlər: "Heç bir heykəl və hər bir qəbirüstü abidə qoymayın, onu torpaqla bərabərləşdirin".
Suriyanın Abidələrin Mühafizəsi İdarəsinin başçısı Maamun Əbdülkərim deyib ki, keçən həftə İŞİD qruplaşması Palmirada yaşı iki min il olan 3 metrlik şir heykəlini dağıdıb. Bu, Palmiranın tarixi mirasına qarşı edilmiş ən ağır cinayətdir.
İndi qədim məbədlər şəhəri Palmiraya Suriyadakı vətəndaş müharibəsi ciddi zərər vurub. İŞİD silahlıları Yaxın Şərqin ən əhəmiyyətli tarixi görməli yerlərindən hesab edilən Palmiranı bu ilin may ayında tutublar.
Suriya hüquq müdafiəçiləri bildiriblər ki, İŞİD qruplaşmasının döyüşçüləri Palmiranın xarabalıqları ətrafında piyada minaları və partlayıcı maddə qoyublar. Onlar bununla şəhəri xarabazarlığa çevirər, öz mövqelərini möhkəmləndirirlər.
İŞİD qüvvələri Suriyanın şimalında yerləşən Aleppo şəhərini hökumət güclərindən geri qaytarmaq üçün hücuma başlayıb. Ümumiyyətlə, Aleppo şəhəri 2012-ci ildən hökumət qüvvələri və üsyançılar arasında bölünüb. Hücüm edənlər hökumət qoşunlarının nəzarət etdiyi ərazilərə yüzlərlə raket buraxıb.
Ekspertlərin fikrincə, böyüklüyünə görə Suriyanın ikinci şəhərinin qiyamçıların nəzarəti altına keçməsi prezident Bəşər Əsəd üçün böyük məğlubiyyət olacaq.
Üsyançıların bəyanatında deyilir ki, onların hədəfi "Aleppo şəhərini tam azad etmək və orada şəriət qanunlarını təmin etməkdir.
Mənbə: ANSPRESS