2015-ci il martın 31-nə olan məlumata əsasən, bütün yüksək səviyyəli ümumi domenlərdə qeydiyyatdan keçən domen adlarının sayı 294 milyona çatıb.
QAZİLER.AZ-ın “IT Expert”ə istinadən verdiyi xəbərə görə, ötən ilin dördüncü rübü ilə müqayisədə artım 6 milyon və ya nisbi ifadədə 1,9 faiz təşkil edib. Bu barədə “.com” və “.net” ümumi yüksək səviyyəli domenləri idarə edən və iki DNS özək serverinin dəstəyini həyata keçirən “Verisign” şirkətinin hesabatında deyilir. Bu, onu deməyə əsas verir ki, hazırda dünyada domen adlarının sayı artıq 300 milyona çatıb və ya bu səviyyəyə yaxınlaşır.“.com” domeni mütləq lider olaraq qalır. Cari ilin martın 31-dək burada 117,9 domen adı qeydiyyatdan keçib. “Verisign” “.com” və “.net” domenlərində adların ümumi sayı 133 milyon təşkil edib ki, bu da ötən ilin birinci rübündən 3,1 faiz çoxdur.