Qırğızıstanda radikal islamizmi təbliğ edərək insanları Suriyada gedən müharibəyə iştiraka cəlb etməkdə təqsirli bilinən imam həbs olunub.
Bu barədə Qazilər.az saytı RİA Novosti istinadən xəbər verir. Məlumatı bu respublikanın daxili işlər nazirliyinin mətbuat xidmətinin rəsmisi bildirib. Qeyd edək ki, radikal sələfizm cərəyanının üzvü olan imam Oş vilayətinin Qara- Suu şəhərindəki məscidlərdən birində fəaliyyət göstərib.İndi Suriyada Qırğızıstanın cənubundan olan 200-dək muzdlu döyüşür. Artıq 40-a qədər qırğız döyüşçü öldürülüb.