Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ABŞ hökumətinə Rusiya ordusunun Donbass münaqişəsində iştirakına dair 30 səhifəlik sübut təqdim edib.
APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, sənədə əsasən separatçı “Luqansk Xalq Respublikası”ndakı silahlı dəstələrə Rusiya ordusunun general-mayorları Oleq Tsekov, Sergey Kuzovlev və Roman Şadrin, “Donetsk Xalq Respublikası”ndakı qüvvələrə isə general-mayorlar Valeri Solodçuk və Aleksey Zavizion komandanlıq edirlər.Hesabatda bildirilir ki, Ukraynanın şərqindəki hərbi əməliyyatlarda Rusiya ordusunun azı 9 min nəfərdən ibarət 15 taktiki-batalyon qrupu iştirak edir.
Vaşinqtondakı mənbələr Ukrayna tərəfindən 30 səhifəlik hesabat aldıqlarını təsdiqləyərək orada əks olunmuş faktların ABŞ kəşfiyyatının məlumatları ilə üst-üstə düşdüyünü söyləyiblər.