Çinin Sincan-Uyğur Muxtar rayonunda yerli vaxtla saat 09:07-də 6,5 gücündə zəlzələ baş verib.
QAZİLER.AZ saytının APA-a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hotan şəhərindən 164 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.